Xəzər Rayonunda “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda təlim keçirilmişdir.
5 aprel 2019 cu il tarixdə, Mərdəkan Mədəniyyət Sarayının Lektoriya zalında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda təlim təşkil keçirilmişdir. Təlimdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanova, Komitənin əməkdaşları, Xəzər RİH Aparatı Başçısının müavini Arif Balayev, RİH-nin nümayəndələri, Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xəzər rayon Qeydiyyat şöbəsinin rəisi, Polis İdarəsi, Məhkəmə və Prokurorluq orqanlarının nümayəndələri, qəsəbə nümayəndəlikləri və bələdiyyə sədrləri iştirak etmişlər. Tədbirdə Məişət zorakılığının baş vermə və aradan qaldırılma səbəbləri, gələcəkdə belə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi haqqında geniş müzakirələr aparılmış, təklif və tövsiyələr dinlənilmişdir.