Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir.

20 aprel 2013 | 15:00

 

       18 aprel 2013-cü il Xəzər rayon İcra Hakimiyyətinin akt zalında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir. Müşavirəni Xəzər rayon İcra Hakimiyyətinin Başçısının I müavini, FH Komissiyasının sədri Ə.Heydərov aparmışdır. Müşavirədə Bakı Regional Mərkəzinin rəis müavini tibb xidməti polkovniki C.Məmmədov “Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti” mövzusunda çıxış etmişdir.
       Sonra Bakı Regional Mərkəzinin əməkdaşı A.İbrahimov, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı M.Piriyev, Xəzər rayon MKTB-nin rəisi Y.Novruzov, Rayon Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının böyük həkimi E.Paşayev, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Q.Carullayev, Rayon Polis İdarəsinin şöbə rəisi B.Mədətov çıxış etmişdir.

Keçidlər