Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonu, 181 saylı tam orta məktəbdə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

16 mart 2019 | 16:00

     16 mart 2019-cu il tarixdə Xəzər rayonu, 181 saylı tam orta məktəbdə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.
     Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə təşkil edilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, Bakı Şəhər Təhsil İdarəsinin məsul əməkdaşları, valdeyinlər və məktəblilər iştirak ediblər.
     Tədbirdə çıxış edən qonaqlar ilk öncə tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruzun xalqımızın əsrlərdən bəri qorunub saxlanıldığı və bütün dövrlərdə həmişə əziz və dövlət səviyyəsində qeyd edilən milli bayram olduğunu bildiriblər.
      Sonra tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər bacarıqlarını nümayiş etdiriblər

 

 

Keçidlər