Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Binə qəsəbə sakinləri ilə səyyar qəbul - görüşü keçirildi
13 mart 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Binə qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirildi.
Səyyar görüşdə Millət Vəkili Rauf Əliyev, rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Görüşü Rayon Icra Hakimiyyətinin başçısı E.Salahov açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğuladı.
Daha sonra çıxış edən Millət Vəkili Rauf Əliyev qəsəbə sakinlərini salamlayaraq səyyar görüşdə qaldırılan məsələlərin RIH ilə birlikdə həll olunması istiqamətində işlərin görüləcəyini və bəzi məsələlərlə bağlı isə müvafiq qurumlara müraciət ediləcəyini bildirib.
Səyyar görüşdə sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini bildirdilər. Görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində müəssisə və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.
Qəsəbə sakinləri rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Sonda RİH-nin başçısı Elşən Salahov və Millət Vəkili Rauf Əliyev qarşıdan gələn “Novruz” bayramı münasibətilə Binə qəsəbə sakinlərini təbrik etdilər.