Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "5 Mart- Bədən tərbiyəsi və İdman Günü" ilə bağlı tədbir keçirildi

04 mart 2019 | 16:00

   4 mart 2019-cu il tarixdə Şağan Olimpiya İdman Kompleksində Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "5 Mart- Bədən tərbiyəsi və İdman Günü"nə həsr olunmuş tədbir keçirildi.
  Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov və digər qonaqlar iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. "5 Mart-Mart Bədən tərbiyəsi və İdman Günü"nə həsr olunmuş əl işlərindən ibarət sərgi, bir qrup bədən tərbiyəsi və idman müəllimlərinin və məşqçi müəllimlərin rayonun yeniyetmə və gəncləri arasında idmanın təbliğində göstərdiyi səmərəli fəaliyyətinə görə mükafatlandırması mərasimi və rayonun orta ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında Voleybol turnirinin final oyunu keçirilmişdir. Turnirin nəticələrinə görə I yeri - 26 saylı tam orta məktəbin komandası, II yeri - 156 saylı tam orta məktəbin komandası, III yer- 149 saylı tam orta məktəbin komandası tutmuşdur.

Keçidlər