Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələr”ə dair hesabat yığıncağı keçirildi.

27 fevral 2019 | 16:00

    27 fevral 2019-cu il tarixdə “Xəzər rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələr”ə dair hesabat yığıncağı keçirildi.
    Mərdəkan Mədəniyyət Sarayında rayon ictimaiyyətinin iştirakı ilə keçirilən hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısının müavinləri, Aparatın məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
     Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Xəzər Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
       Sonra Mərdəkan Mədəniyyət Sarayının foyesindəki rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən foto stendlərlə və Xəzər rayonunda istehsal olunan məhsullardan ibarət təşkil olunmuş sərgi ilə tanışlıqdan sonra Xəzər rayonunun sosial-iqtisadi göstəricilərini əks etdirən filmi izlədilər.
       Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov cari ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
Elşən Salahov ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Xəzər rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Xəzər rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırdı.
       Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev hesabat dövrü ərzində ən əlamətdar və parlaq hadisənin ötən ilin aprel ayının 11-də ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın böyük sevgisi ilə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qazandığı inamlı qələbə olduğunu qeyd edərək, dövlətimizin başçısının apardığı genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin dünyanın öz sözünü daima diktə edən lider dövlətlərindən birinə çevrildiyini vurğulayıb.
        Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namik Əhmədov, Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev, Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin müdiri Elşən Qurbanov, Xəzər Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Nadir Şiriyev, “Qrinteç” MMC-nin baş direktoru Nizami Heybətov və 149 saylı orta məktəbin direktoru Rəhilə Baxşıyeva məruzə ətrafında çıxışlar edib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin yüksək sosial-iqtisadi inkişafa nail olduğunu, dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri dilə gətirərək, sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu söyləyib və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildirdilər.
        Sonda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Xəzər rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2018-ci ildə görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğuladı.

Keçidlər