Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 27-ci il dönümünə həsr edilmiş anım tədbiri keçirildi.

25 fevral 2019 | 16:00

    25 fevral 2019-cu il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Mərdəkan Mədəniyyət Sarayında  “26 fevral-Xocalı soyqırımı”nın 27-ci il dönümünə həsr edilmiş anım tədbiri keçirildi.
   Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH Başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
   Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Sarayının foesində təşkil olunmuş rayon məktəblilərinin əl işlərindən və qanlı faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
    Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, rayonun 183 saylı tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanan ədəbi bədii kompozisiya təqdim olundu.

Keçidlər