Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi.

20 fevral 2019 | 16:00

    20 fevral 2019-cu il tarixdə Şüvəlan Mədəniyyət evində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şüvəlan qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirildi.
Səyyar qəbul-görüşdə RİH başçısının müavinləri,  RİH başçısı aparatının şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov görüşü açıq elan edərək Azərbaycan    Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində, xüsusilə Xəzər rayonunda həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərindən söz açdı.
     Həmçinin, Şüvəlan qəsəbəsində aparılan işlər barədə qəsəbə sakinlərinə məlumat verdi. Səyyar qəbul-görüşdə iştirak edən Şüvəlan qəsəbəsinin sakinləri rayonda aparılan abadlıq-quruculuq işlərinə, görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
       Qəsəbə sakinləri qəsəbədaxili küçələrin asfaltlanması, içməli su və kanalizasiya xətlərinin çəkilməsi və digər sosial problemlərlə bağlı müraciətlər etdilər.
Sonda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

 

Keçidlər