Şriftin ölçüsü :

Saytın rəngi :

Buzovna qəsəbəsində əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində işlərə başlanılmışdır.

15 fevral 2019 | 16:00

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin  içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması  məqsədilə layihələrin icrasını davam etdirir.  Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Xəzər rayonunda yeni  layihələrin icrasına başlanılıb.Belə ki, plana əsasən Azərsu ASC tərəfindən  Buzovna qəsəbəsi, Koroğlu küçəsi  3, 4 və 5-ci döngələrin su təchizatının yaxşılaşdırılması layihəsi işləri  başlanmışdır.

    Azərsu ASC-nin Sutikinti  Müəssisəsi tərəfindən qurulan su şəbəkəsi 1700 p/m  olmaqla 400 fərdi yaşayış evinin su ilə təmin edilməsi nəzərdə tutulmuşdur.Su şəbəkəsinin 324 p/m-i artıq başa çatdırılmışdır. Su şəbəkəsinin tamamlanması  may ayına planlaşdırılır.

Keçidlər