Rayonda elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması istiqamətində işlər görülmüşdür.
Tədbirlər Planına əsasən Azərişıq ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması məqsədilə rayon ərazisində müvafiq işlərin həyata keçirilməsinə başlanılıb.
Belə ki, ümumilikdə 1433 ədəd olmaqla rayon ərazisində yerləşən KTM və TM-lər cari təmir olunmuş, Binə qəsəbəsində 6 ədəd, Buzovna qəsəbəsində 3 ədəd, Şağan qəsəbəsində isə 1 ədəd olmaqla ümumilikdə 10 ədəd güc transformatoru dəyişdirilmiş, Binə qəsəbəsində 1 ədəd, Buzovna qəsəbəsində isə 5 ədəd olmaqla isə ümumilikdə 6 ədəd yeni KTM quraşdırılmışdır. Hər birində 1 ədəd olmaqla Şüvəlan və Qala qəsəbələrində 2 ədəd KTM yenisi ilə əvəz olunmuşdur.
Ümumilikdə rayon üzrə isə 10 ədəd KTM əsaslı təmir olunmuşdur.