Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Xəzər rayonunda növbəti tibbi müayinə aksiyasına başlanılmış və uğurla davam etdirilir.

13 fevral 2019 | 16:00

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2019-cu il fevral ayının 11-dən may ayının 1-dək respublikamızın bütün bölgələrində olduğu kimi Xəzər rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır.
      Bununla əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri aparılıb.
     Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə bütün vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir.
      Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində  6 tibb müəssisəsində (Mərdəkan qəsəbəsi, 26 nömrəli BŞX, Şüvəlan qəsəbəsi, 31 nömrəli BŞX, Binə qəsəbəsi, 29 nömrəli BŞX, Buzovna qəsəbəsi, 14 nömrəli BŞX, Türkan qəsəbəsi, 17 nömrəli ŞP, Zirə qəsəbəsi, Müalicə Diaqnostika Mərkəzi) tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, evdə olan yataq xəstələrinin müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunub.

Keçidlər