Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Mərdəkan-Qala hissəsinin bərpası yekunlaşıb.

09 fevral 2019 | 16:00

Dövlət başçısının tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən, 55 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5.4 km-lik Mərdəkan-Qala hissəsinin bərpası yekunlaşıb.
Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 8-13-cü km-liyini əhatə edən Mərdəkan-Qala hissəsi uzun müddət istismar olunduğuna görə, tam uzunluq boyu deformasiyaya uğramış, çoxlu çatlar əmələ gəlmiş, bir çox hissələrdə asfalt-beton örtük tamamılə dağılmışdır. Yol boyu çiyinlərin bərkidilməsi, həmçinin əhalinin təhlükəsiz hərəkəti üçün səkilərin inşasına zərurəti yaranmışdır. Bütün hərəkət iştirakçılarının rahat və maneəsiz hərəkətini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda kompleks tədbirlərə start verilmişdir.
Hazırlanmış layihəyə uyğun olaraq avtomobvil yolunun II texniki dərəcəyə uyğun bərpa olunub. Bunun üçün frez maşını ilə asfalt-beton örtüyü profilə salınıb, yolun deformasiyaya uğramış hissələri 50 min kub.m həcmdə qazılaraq çıxarılıb. Qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılıb. Bu işlərin həcmi 66 min kub.m-dir.
Kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 mm diametrində və 190 paqon-metr uzunluğunda ehtiyyat borular atılıb. Optimal-çınqıl qarışığı ilə 22 sm hündürlükdə əsasın alt layının və qum-qırmadaş qarışığı ilə 16 sm qalınlıqda əsasın üst layının təmiri aparılıb. Bu işlər 87 min kv.m sahəni əhatə edib. Ndaha sonra əlaqələndirici bitum səpilməklə asfaltlanma işləri görülüb. İri və xırda dənəli olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri təqribən 60 min kv.m sahəni əhatə edib.

Keçidlər