Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda gənclər üçün “Elektron Hökumət” mövzusunda maarifləndirici tədbir keçirildi

11 dekabr 2018 | 16:00

     11 dekabr 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasıyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 aprel 2016-cı il tarixli, 1993 nömrəli Sərəncamina əsasən təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2016-     2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndinin icrası ilə bağlı Buzovna qəsəbəsində yerləşən 5 saylı Bakı Peşə məktəbində “Elektron hökumət portalının imkanları və istifadəsi” mövzusunda  maarifləndirici tədbir keçirildi.
    Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, RİH Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Babək Mehtiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasıyalar üzrə Dövlət Agentliyin məsul əməkdaşı Ruslan Mürsəlov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və peşə məktəbinin müəllim və şagird heyəti iştirak etdilər.
     Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasıyalar üzrə Dövlət Agentliyin məsul əməkdaşı Ruslan Mürsəlov “Elektron hökumət” portalının istifadə qaydaları və xidmətlər barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verdi.
Daha sonra təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb və diskussiya formasında davam edib.

Keçidlər