Xəzər Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir
11 noyabr 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, Rayon İcra Hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi
Müşavirədə RİH Başçısının I müavini Elşən Salahov, FH Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, RİH Başçısı Aparatının Şöbə müdirləri, rayonda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı birliklərinin rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etdilər.
Müşavirəni giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elşən Salahov Xəzər rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışdı.
Digər çıxışçılar Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, FHN –nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat şöbəsinin nümayəndəsi Nizami Fərəcov, Xəzər rayon Dövlət Yanğından Mühafizə hissəsinin 8-ci bölməsinin rəisi Rəşad Əliyev, Bakı Regional Qaz İstismarı Departamentinin Xəzər rayonu üzrə İstismar İdarəsinin rəis müavini Ramil Bağırov, rayon Enerji Təchizatı və Satışı İdarəsinin şəbəkə rəisi Rasim Əhmədov, rayon MKTB-nin rəis müavini Ədalət Muradov, Təcili Tibbi Yardım Stansiyasının Xəzər rayonu üzrə Baş həkimi Təranə Şahməmmədova, Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru Mirrəvan Ağayev mövzu ətrafında hesabat xarakterli çıxışlar etdilər.
Tədbirin sonunda müşavirədə iştirak edən idarə və müəssisə rəhbərlərinə, inzibati ərazi vahidliklərinin nümayəndələrinə, bələdiyyələrə yanğın təhlükəsizliyi ilə bağlı lazımi məlumatlar verilmişdir.