Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi

07 dekabr 2018 | 16:00

        7 noyabr 2018-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
      Keçirilən səyyar görüşdə rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, rayon İcra Hakimiyyəti Başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayon bələdiyyəsinin, kommunal xidmətlərin və digər xidmət sahələrinin rəhbərləri, həmçinin qəsəbə sakinləri iştirak etdilər.
         Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov görüşü açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunun digər qəsəbələri ilə yanaşı Mərdəkan qəsəbəsində də abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparıldığını vurğulayaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
      Qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
       Sonda Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov  sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə yerindəcə tapşırıqlar verdi.

Keçidlər