Xəzər rayon İcra Hakimiyyətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın yekunu və qarşısında duran vəzifələrə həsr olunmuş tədbir keçirildi
6 dekabr 2018-ci il tarixində 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekunlarının vəziyyəti ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətində tədbir keçirildi.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Baki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, Baki Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov tədbiri açıq elan edərək, payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində xüsusi Qərargahın yaradıldığını, tədbirlər planının təsdiq olunduğunu və mövsümə hazırlığın daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini bildirdi.
Sonra RİH başçısının birinci müavini Elşən Salahov, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Yaşar Novruzov, Xəzər rayon Su-kanal İdarəsinin rəis müavini Mehman Həşimov, rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Nadir Şiriyev, Bakı Regional Qaz İstismar Departamentinin Xəzər rayonu üzrə texniki istismarı xidmətinin rəis müavini Ramil Bağırov, rayon İstilik Sistemləri İstismar Sahəsinin rəisi Kifayət Müzəfərrov və RİH Başçısı Aparatının şöbə müdirləri çıxış edərək, payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran tədbirlər barədə məlumat veridilər.
Daha sonra Baki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, Baki Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyev mövzu ətrafında tövsiyyə və tapşırıq xarakterli çıxışlar edərək, xüsusilə qeyri-sabit hava şəraitində normal fəaliyyətin təmin edilməsi məqsədilə birgə zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirdilər.