Xəzər rayonunda “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
27 noyabr 2018-ci il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 saylı internat məktəbində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Vasif Quliyev, Xəzər RİH Başçısının 1-ci müavini Elşən Salahov, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Seymur Quliyev, Təhsil Nazirliyinin De-İnstitutlaşdırma və Uşaqların müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimov, Səhiyyə Nazirliyi Bakı Şəhəri üzrə Narkoloji Mərkəzin həkim-narkoloqu Səfiyar İsayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqşunası Tural Hüseynzadə, Xəzər RİH-nin Başçışsı Aparatının İctimai– Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Xəzər rayon Təhsil işçiləri Həmkarlar İttifaqının Sədri Həzərxan Əbilov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, RPİ-nin rəis müavini Nizami Paşayev, internat məktəbinin müəllim və şagird heyəti iştrak etmişdirlər.
Tədbirdə çıxış edən natiqlər narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər.