Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Elektron Hökumət portalının imkanları və istifadəsi” mövzusunda maarifləndirici tədbir keçirildi.

22 noyabr 2018 | 16:00

   22 noyabr 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 aprel 2016-cı il tarixli, 1993 nömrəli Sərəncamina əsasən təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrası ilə bağlı Rayon Gənclər Evində “Elektron hökumət portalının imkanları və istifadəsi” mövzusunda  maarifləndirici tədbir keçirildi.
    Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Babək Mehtiyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Komunikasiya Texnologiyalarının Tətbiq və Tədris Mərkəzinin əməkdaşı Toğrul Axundov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və rayon məktəbliləri iştirak ediblər.
     Tədbirdə İnformasiya Komunikasiya Texnologiyalarının Tətbiq və Tədris Mərkəzinin əməkdaşı Toğrul Axundov tərəfindən “İnformasiya cəmiyyəti, “elektron hökumət” və elektron idarəçilik sahəsi üzrə təlim-tədris işləri ilə məşğul olan təşkilatlar və şəxslər ilə qarşılıqlı əməkdaşlıq qurulması və təbliğat xarakterli layihələrin həyata keçirilməsi” mövzusunda geniş təqdimat oldu.
     Daha sonra təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb və diskussiya formasında davam edib.

Keçidlər