Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon məktəblilərinin iştirak etdiyi “Ölkəmizi tanıyaq” tur-aksiyası uğurla başa çatmışdır.

21 noyabr 2018 | 16:00

   18 noyabr 2018-ci il tarixlərində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xəzər rayon məktəbliləri Lənkəran , Astara və Masallı  rayonlarında olmuşlar. 21 noyabr 2018-ci il  tarixində Tur-aksiyası uğurla başa çatmışdır. Səfər çərçivəsində məktəblilər səfərdə olduqları rayonlarda bir çox maralı yerlərlə, muzey və tikililərlə tanış olmuşlar. 
    Səfərdən geri dönən məktəblilər Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında qarşılandılar. Tur-aksiyanın uğurla başa çatması münasibəti ilə məktəblilər səfərlə bağlı təəssüratlarını öz valideyinləri və müəllimləri ilə bölüşdülər. Sonda məktəblilər daima yadda qalacaq təəssüratlarını və xatirələrini bölüşərək bu cür layihələrin həyata kiçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişdirlər.    Tur Aksiyası zamanı digər rayonların komandaları arasında keçirilmiş “ Breyn Rinq” yarışmasında Xəzər rayonundan olan komanda II yere layiq görülmüşdür.

Keçidlər