Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Qala qəsəbəsinin Xaşaxuna adlanan YYS-də yaşayan sakinlərlə səyyar qəbul-görüşü keçirilmişdir.

21 noyabr 2018 | 16:00

    21 noyabr 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Qala qəsəbəsinin Xaşaxuna adlanan YYS-də yaşayan sakinlərlə səyyar qəbul-görüşü  keçirilmişdir.
   Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavinləri,  rayon Polis İdarəsinin rəisi, RİH Başçısı Aparatın şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri və yerli sakinlər iştirak etmişdilər.
    Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov görüşü açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə səyyar qəbulların  mütəmadi olaraq keçirildiyini bildirmiş, ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Xəzər rayonunda həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrdən, abadlıq, quruculuq, yenidənqurma işlərindən geniş söz açmışdır.
Daha sonra RİH başçıs qəsəbə sakinlərin müraciətlərini dinləmişdir.
      Səyyar qəbul-görüşdə iştirak edən sakinlər çıxış edərək son illər ərzində ölkədə, həmçinin yaşadıqları Xəzər rayonunda aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
     Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verdi.

 

 

 

Keçidlər