Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsinə Xəzər rayon məktəbliləri də qoşulublar

19 noyabr 2018 | 16:00

    18 noyabr 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Xəzər rayonundan olan məktəblilərlə görüş keçirilmişdir.
    Tədbir iştirakçıları İlk öncə Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılan ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülərək onun əziz xatirəsi yad etmişdilər.
    Məktəblilərin yola salınması mərasimində çıxış edənlər tur-aksiyanın maarifləndirici əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, şagirdlər tur-aksiyada vaxtlarını səmərəli keçirməklə yanaşı, həm də ölkəmizin rayonları, Azərbaycanın qədim tarixi-memarlıq abidələri, muzey və mərkəzləri ilə daha yaxından tanış olacaqlar. Vurğulanıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” layihəsi gənclərin vətənpərvərlik ruhunda böyümələrinə, dünya görüşlərinin artmasına xidmət edir.
    Tədbirdə 149 nömrəli tam orta məktəbin şagirdi Zaur Əliyev  və 125 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fatimə Orucova çıxış edərək bu cür maarifləndirici turların keçirilməsinə görə dövlət başçısına öz təşəkkürlərini bildiriblər.
    Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Lənkəran-Masallı-Lerik marşrutu istiqamətində yola düşüblər. “Tur-aksiyaya Xəzər rayonundan 40-a yaxın şagird qoşulub.

Keçidlər