Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon icra hakimiyyəti başçısının 2012-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.

10 mart 2013 | 16:00

          2013-ci il fevral ayının 19-da rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Xəzər rayonunda 2012-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Mərdəkan mədəniyyət sarayında 500 nəfər rayon ictimaiyyətinin iştirakı ilə keçirilən hesabat konfransında Azərbaycan Respublikası Prezident Administrasiyasının  məsul işçisi Tağı Tağıyev, millət vəkili Rauf Əliyev,  Yeni azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf  Fondunun sədri İlqar Mustafayev iştirak etmişdir. 
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar  mədəniyyət sarayının  foesindəki rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərlə və  Xəzər rayonunda istehsal olunan məhsullar dan ibarət təşkil olunmuş sərgi ilə tanışlıqdan sonra Xəzər rayonunda 2012-ci il ərzində görülmüş işlər haqqında filmi izləyiblər.
       Filmin nümayişindən sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov 2012-ci ildə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi. 
Son illərdə aparılan məqsədyönlü  siyasət nəticəsində ölkənin iqtisadi həyatında çox mühüm  nailiyyətlər  əldə edilmişdir. Azərbaycan iqtisadiyyatında həyata  keçirilən köklü dəyişikliklər, dünya iqtisadi məkanına  sürətlə inteqrasiya, iqtisadi quruculuq sahəsində  davamlı makroiqtisadi stabillik və iqtisadi artımın  təmin edilməsi əhalinin  sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün möhkəm zəmin yaratmışdır.
      Aparılan aktiv və çevik sosial müdafiə tədbirləri, uğurlu  islahatlar ölkənin malik olduğu iqtisadi  potensialı  reallaşdırmağa, qarşıya qoyulan məqsədlərə, eyni zamanda sabit  inkişafa və davamlı tərəqqiyə nail olmaq üçün əhəmiyyətli  rol oynamışdır.
      15 yanvar  2012-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin  sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında  ölkə başcısı qeyd etmişdir ki, 2012-ci ildə Azərbaycanda iqtisadi artımı ugurlu olmuşdur. Sənaye istehsalı 2,2 faiz, qeyri neft sektoru 9,7 faiz, kənd təsərrüfatı 6 faiz, əhalinin pul gəlirləri 13,8 faiz artmışdır. İnfilyasiya cəmi 1,1 faiz səviyyəsindədir ki, bu da son illərdə ən aşagı səviyyədir.Rəsmi statistik məlumatlara görə keçən il investisiyalar 22 milyard dollardan cox olmuşdur. Hazırda umumi valyuta ehtiyatlarımız 46 milyard dollar səviyyəsindədir. Keçən dövr ərzində 117 min yeni iş yeri açılmışdır ki, onlaradan da 93 mini daimi iş yerləridir. Proqramın isə əvvəlindən 1 milyon 200 min yeni iş yeri açılmışdır.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial- iqtisadi inkişafı surətlə davam etdirilir. Ötən dövrdə yenidənqurma işləri Xəzər rayonunda da uğurla davam etdirilmişdir.
Ötən ildə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunmuşdur.
      Hesabat dövründə rayon üzrə sənaye məhsulu istehsalı  692 milyon 653,4 min manat təşkil etmişdir. Sənaye məhsulunun ümumi  həcmində dövlət sektorunun xüsusi çəkisi 99 % olmuşdur.
        Nəqliyyat sektorunda 397 milyon 830,6 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə  müqayisədə 37,2 % cox olmuşdur.
       Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 3 milyon 458,7 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% cox rabitə xidməti göstərilmişdir.
     Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün  maliyyə mənbələri hesabına 554 milyon 26 min manat məbləğində investisiya cəlb edilmişdir ki,  bu da keçən ilin müvafiq dövrünə nisbətən 134,2 faiz olmuşdur. İstifadə edilmiş investisiyaların  155 milyon 230,7 min manatı  tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsinə sərf olunmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 38 faiz atrmışdır.
      İstehlak və xidmət bazarlarında əhaliyə 872 milyon 765,6 min manatlıq istehlak malları satılmış  və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi  473 milyon 887,1 min  manata, pullu xidmətlərin  həcmi 394 milyon 433,1 min manata çatmışdır.
     Ticarət şəbəkəsindən satılmış məhsulların 18 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən  ticarət təşkilatları, 0,6 fazi kənd təsərrüfatı bazarları, 81,4 faizi isə hüquqi şəxs  yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
      Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2011-cu illə müqayisədə 16,9 faizi çoxalaraq 707,1 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək  haqqı 24 faiz artaraq  955,7 manat,  tikinti kompleksində çalışanların orta aylıq əmək haqqı 98,9 faiz olaraq 980,9 manat təşkil etmişdir.
     Hesabat dövründə rayon üzrə 1915 yeni iş yeri açılmışdır. Bunun 153-ü yeni yaradılmış müəssisə və təşkilatlar, 409-u mövcud müəssisə və təşkilatlar, 1353-u isə fiziki şəxslər   tərəfindən açılmışdır. Ümumiyyətlə son on il ərzində rayon ərazisində 13 min 547 yeni iş yerləri açılmışdır.
2012-cu ildə  rayonun yerli  xərcləri  3 milyon 256 min 646 manata  qarşı  3 milyon 54 min   373  manat  icra olunmuşdur.
Ayrı-ayrı bölmələr üzrə xərclərin icrası aşağıdakı  kimi  olmuşdur.
   «Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə  orqanlarının saxlanılması» bölməsi üzrə hesabat dövründə 879 min 419  manata qarşı 802 min 723  manat ;
«Mənzil və Kommunal Təsərrüfatı» bölməsi üzrə 2 milyon 109 min 158 manata qarşı 2 milyon 98  min 948  manat ,
  Əsas bölmələrə aid edilməyən xərclər bölməsi üzrə 268 min 69 manata qarşı 152 min 702  manat  vəsait  icra olunmuşdur.
        Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş ,  yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
   Buzovna-Şagan-Mərdəkan-Şüvəlan magistral yolunun yenidənqurulması ilə əlaqədar yolboyu hasarlar tikilmiş,  üzlük daşla üzlənmiş və yenidən qurulmuşdur. Yolkənarlarında xarici görünüşə xələl gətirən qeyri qanuni tikililər sökülmüşdür. Hazırda da həmin ərazidə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında Fərmana müvafiq olaraq işlər davam etdirilir.
        Yaşıllıqların salınması ilə əlaqədar 2012-ci il  ərzində rayon ərazisində idarə , müəssisə və təşkilatların iştirakı ilə   17 min 967 agac əkilmişdir. Mərdəkan qəsəbəsində 2900, Şüvəlan qəsəbəsində 5100, Binə qəsəbəsində 300, Buzovna qəsəbəsində 100, Zirə qəsəbəsində 387, Qala qəsəbəsində 300, Türkan qəsəbəsində 1200, Pirallahi qəsəbəsində 5200, Gürgən qəsəbəsində 2350, Şagan  qəsəbəsində 130 agac əkilmişdir. Hazırda da  ərazilərdə yaşıllıqların salınması və onlara aqrotexniki qulluq  işləri  davam etdirilir..
       Hesabat dövrundə rayonun qəsəbələrində asfalt yolların əsaslı və cari təmiri işləri görülmüşdür.  Mərdəkan qəsəbəsində 8800 kv.m, Binə qəsəbəsində 13274 kv.m, Zirə qəsəbəsində 17520 kv.m, Mənzil Kommunal təsərrüfatı birliyi tərəfindən isə Şüvəlan və Qala qəsəbələrində 24.002 kv.m asfalt örtüyü salınmışdır. Bütövlükdə isə rayon üzrə 63596 kv.m yeni asfalt örtüyü salınmışdır.
      Hesabat dövründə  Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən qəsəbələrdəki çoxmərtəbəli binaların su, qaz, kanalizasiya və elektrik xətlərində,yaşayış evlərinin fasad və dam örtüklərində təmir işləri aparılmışdır. Su təchizatında yaranan problemləri aradan qaldırmaq məqsədilə  Mərdəkan,Şüvəlan, Binə  qəsəbələrində su quyuları təmir olunmuş, yeni nasoslar quraşdırılmışdır.
Mərdəkan qəsəbəsi B.Əliyev küçəsi 8, 15, 54 və 71 saylı, Şüvəlan qəsəbəsinin Almaz İldırım küçəsinin  38 və 41  saylı, Binə qəsəbəsi 2146-cı məhəllə 21, 23, 25 və 27 saylı binalarının mənzillərinə su vuran nasosu və elektrik mühərikki dəyişdirilmiş, binalaraın zirzəmisindəki kanalizasiya boruları təmir edilmişdir. Şimal Dres yaşayış sahəsinin L.Starcuk küçəsi 9,10,11 və 17 saylı yaşayış  binalarının altında yerləşən radiasiya əleyhinə olan daldanacaqlar  müxtəlif  növ yararsız tullantılardan təmizlənmişdir
       Xəzər rayon Mənzil Kommunal Təsərrrüfatı Birliyi tərəfindən 2012-ci il ərzində 117 min 732 kub.metr məişət və digər növ tullantılar yıgılaraq daşınmışdır. Əhalinin su təminatını ödəmək məqsədilə maşınlarla 43 min ton içməli su daşınmışdır.Müqaviləyə əsasən səhiyyə obyektlərindən, xidmət ərazilərindən və məcburi köckünlərin məskunlaşdıgı düşərgələrdən 6342 ton cirkab maye daşınmışdır.
     Hesabat dövründə rayonun Qaz İstismar idarəsi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırması  istiqamətində müvafiq işlər görülmüşdür.
Qaz təchizatı ilə baglı Şüvəlan qəsəbəsində 43465  paqon metr, Binə qəsəbəsində 93152 paqon metr, Şagan qəsəbəsində  23071 paqon metr, Zirə qəsəbəsi ərazisində 17145 paqon metr, Qala qəsəbəsində 98750 paqon metr, Pirallahi-Gürgən qəsəbələrində 24325 paqon metr, Buzovna qəsəbəsində 54794 paqon metr, Türkan qəsəbəsində 27429 paqon metr, Mərdəkan qəsəbəsində 80257 paqon metr müxtəlif diametrli qaz xətti çəkilmişdir. Cəmi rayon üzrə  2012-ci il ərzində  462 min 388 paqon metr qaz xətti çəkilmiş və dəyişdirilmişdir
    Rayonda  əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi 95,5 % , abonentlərin ödənişdə  iştirakı 72 faiz, abonentlərin saygaclaşması isə 96 faiz təşkil etmişdir.
      Elektrik enerjisi təchizatı sahəsində Rayonun Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 41 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 419 ədəd cərəyan transformatoru və 54 ədəd güc transformatoru dəyişdirilmiş,1000 ədəd transformator təftiş olunub, təmizlənib və cari təmir olunub,  3696 metr naqil , 41 min 790 metr kabel  çəkilmişdir.
     Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 96 faiz, abonentlərin ödənişdə iştirakı 74% ,saygaclaşma isə 98,6 faiz təşkil etmişdir.
     Su və kanalizasiya sahəsi üzrə Dövlət Proqramı çərçivəsində Binə  qəsəbəsində 1500 paqon metr kanalizasiya xətti, Qala qəsəbəsində qoruq ərazisində 850 paqon metr su xətti, 750 metr kanalizasiya xətti çəkilmişdir.
      Hesabat ilində Xəzər su kanal departamenti tərəfindən ümumilikdə çürümüş, karroziyaya ugramış müxtəlif öıçülü boruların 96 ədəd qəzalı hissəsi kəsilərək yenidən qaynaq vasitəsilə bərpa edilmiş, 33 paqon metr tam yararsız hissəsi dəyişdirilmiş, 620 paqon metr yeni su xətti çəkilmişdir.
Kanalizasiya xəttləri üzrə keçən dövrdə bir dəst baxış quyusu yeni tipli quyu ilə əvəz edilmiş, 212 paqon metr çürümüş hissələr yeni borularala əvəz edilərək dəyişdirilmiş, 600 paqon metr yeni drenaj xətti çəkilmişdir.Mühəndis texniki qurguların fasiləsiz iş rejimində işləməsi üçün 20 ədəd nasos əsaslı  təmir edilmiş, 241 ədəd nasos və elektrik mühərriklərində profilaktiki təmir işləri aparılmış, 15 ədəd siyirtmə və 5 ədəd qəbuledici əks klapanlar dəyişdirilmiş, 90 ədəd dərinlik nasosları təmir edilmiş və 44 ədəd dərinlik  nasosları yeni tipli nasoslarala əvəz edilmidir.
Hesabat dövrüundə əhaliyə 2 milyon 330 min 758 manatlıq su və kanalizasiya xidmətləri göstərilmiş,əvvəlki debitorlar da daxil olmaqla 2 milyon 255 min 981 manat yıgım aparılaraq ödənişə 96,8 faiz nail olunmuşdur.Abonentlərin ödənişdə iştirakı 81,1 faiz, saygaclaşma isə  33 faiz olmuşdur.
      Əhalinin su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Binə qəsəbəsində hər biri 10.000  kub.metr tutumlu olmaqla 2  su anbarı, Qala qəsəbəsində 20.000 kub. metr tutumlu su anbarı və  Zirə qəsəbəsində 10.000 kub. metr tutumlu su anbarının tikintisi davam etdirilir.
İstilik təchizatı sahəsində hesabat dövründə Binə qəsəbəsində 218 saylı məktəbin qazanxanası və istilik sistemi, 66 və 317 saylı Uşaq bagçalarının binadaxili istilik sistemləri yenidən qurulmuşdur.
   Hesabat dövründə rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərə qayğı göstərilmiş, onların sosial vəziyyəti diqqət mərkəzində saxlanılmış, məskunlaşdıqları binaların texniki vəziyyəti öyrənilmiş, ümumi istifadə yerlərinin, texniki qurğuların təmiri üçün müvafiq işlər görulmuşdur. 
    Hesabat dövrü ərzində Mərdəkan qəsəbəsində 11 ,  Şüvəlan qəsəbəsində 9  və Buzovna qəsəbəsində 2 düşərgədə su quyuları təmir olunaraq istifadəyə verilmişdir. Binə qəsəbəsi 101 saylı peşə litseyinin ərazisində fəaliyyət göstərən Laçın tam orta məktəbi hazırda  əsaslı təmir olunur.Hesabat dövründə məcburi köçkünlərin texniki suya tələbatını tam ödəmək məqsədilə dərinlik nasosları və digər texniki avadanlıqlar alınaraq yerlərdə quraşdırılmışdır.Vaxtında görülmüş tədbirlər nəticəsində düşərgələrin elektrik enerjisi ilə təminatı sahəsində xeyli işlər görülmüş, Yazıçılar Evi, Qaranquş, Spartak, Kristal, Maşınqayırma və Energetik pansionatları və digər yerlərdə sıradan çıxmış elektrik kabelləri daxili imkanlar hesabına yenisi ilə əvəz edilmişdir.
“Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli, 613 saylı Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi 22 yanvar 2002-ci il tarixli, 15 saylı qərarına əsasən faktiki istehlakçıların siyahıları kommunal xidmət təşkilatları ilə birlikdə tərtib olunaraq Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Hazırda limitdən artıq istifadə edilən xidmətlərin haqqı istehlakçılar tərəfindən ödənilir.
      Hesabat dövründə təhsil müəssisələrin müasir avadanlıqlar və inventarlarla, müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi də diqqət mərkəzində saxlanılmış, məktəblər kompüterlərlə təchiz edilmişdir.
Təhsil sahəsi üzrə  Heydər Əliyev Fondu və Dövlət Proqramı çərçivəsində Binə qəsəbəsində 326 saylı 640 yerlik yeni məktəb binasının, Buzovna qəsəbəsində 8 saylı internat məktəbinin və 5 saylı incəsənət litseyinin  tikintisi başa çatdırılarq istifadəyə verilmiş, 26 və 206 saylı məktəblər əsaslı təmir olunaraq hazırda  əlavə sinif otaqlarının , idman və akt zalının tikintisi davam etdirilir.Pirallahi qəsəbəsində 243, Zirə qəsəbəsində 120 saylı məktəblər əsaslı təmir edilmiş və əlavə tədris korpusu tikilmiş, Qala qəsəbəsində 185 saylı məktəbdə 840 yerlik yeni korpusun tikintisi davam etdirilir.Binə qəsəbəsində  121 saylı məktəbin 20 əlavə sinif otagının ,idman və akt zalının tikintisi davam etdirilir. Binə qəsəbəsində 317 və 66 saylı uşaq bagçaları   əsaslı təmir olunaraq istifadəyə verilmiş, Buzovna qəsəbəsində 289 saylı uşaq bagçası sökülərək yeni 2 mərtəbəli binanin tikintisi tamamlanmaq üzrədir.Hazırda Türkan qəsəbəsində yeni uşaq bagçası nın tikintisi davam etdirilir.
Əhaliyə göstərilən tibbi xidmətin müasir səviyyədə həyata keçirilməsinə ötən dövrdə də xüsusi diqqət göstərilmiş, vətəndaşlara nümünəvi xidmət  məqsədilə tibb müəssisələrinin maddi texniki bazası xeyli genişləndirilmişdir.
     Səhiyyə sahəsi  üzrə  Mərdəkan qəsəbəsində 26 saylı Birləşmiş şəhər xəstəxanalarının və 35 saylı Uşaq Kardioloji sanatoriyasının əsaslı təmiri başa çatdırılmış , avadanlıq və inventarlarala təchiz olunmuş, Pirallahi qəsəbəsində 10 saylı xəsətəxananın əsaslı təmiri isə  davam etdirilir.Şüvəlan qəsəbəsində 2 saylı Vərəm sanatoriyasının yeni 2 mərtəbəli 70 çarpayılıq korpusunun tikintisi başa çatdırılmış,  36 saylı Pulmanoloji uşaq sanatoriyasının  binası sökülərək yeni korpusun tikintisinə başlanılmışdır.Hazırda Türkan qəsəbəsində 3 mərtəbəli Diaqnostika Mərkəzinin tikintisi davam etdirilir.
Mədəniyyət sahəsi üzrə Buzovna qəsəbəsində Mədəniyyət evi tamamilə təmirə yararsız oldugu üçün sökülərək yeni binanin tikintisinə başlanmış, 4 saylı Uşaq incəsənət məktəbinin akt zalının tikintisi  hazırda  davam etdirilir.
   Gənclər və İdman sahəsi üzrə hesabat dövründə Zirə qəsəbəsində idman kompleksinin, Binə qəsəbəsində stadionun tikintisi tamamlanaraq istifadəyə veriılmiş, Dövlət Proqramına müvafiq olaraq Şüvəlan qəsəbəsində 3 mərtəbəli Gənclər Evinin tikintisi davam etdirilir.
Ötən  dövrdə rayon Gənclər və İdman  İdarəsi tərəfindən gənclərin hərbi vətənpərvərlik işinin gücləndirilməsi, onların  hərbi xidmətə hazırlanması, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin  profilaktikası mövzusunda tədbirlər keçirilmiş, gənclərlə maraqlı  disskussiyalar, dəyirmi masalar və  debatlar təşkil olunmuşdur.   Yeniyetmə  və gənclər arasında  idman növləri  üzrə rayon çempionatları və birincilikləri təşkil edilmişdir.
    2012-cu il  ərzində Sosial Müdafiə Fondu tərəfindən  əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 37 milyon 469,4 min manat təşkil etmiş, 18 min 223 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların  ödənilməsi  təmin edilmişdir, Onlardan yaşa görə  12 min 500  nəfər, əlilliyə görə 4 min 135 nəfər, ailə başçısının itirməsinə görə 1588 nəfər  pensiyaçıya vəsait ödənilmişdir.
     Hesabat dövründə Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanlı dövlət sosial yardımı üçün 3049 ailə müraciət etmişdir ki, bunlardan 2986 ailənin sənədləri qeydiyyata alınaraq müvafiq komissiya tərəfindən ünvanlı sosial yardımı təyin olunmuşdur. Rayon üzrə cəmi 2986 nəfər ailəyə 370 min 250 manat məbləgində ünvanlı yardımın odənilməsi davam etdirilir.
     Hesabat dövründə Məşgulluq mərkəzinə 1061 nəfər işaxtaran vətəndaş  müraciət etmişdir. Onlardan  442 nəfəri gənc, 37 nəfəri sərbəstləşmə ilə işini itirənlər, 182 nəfəri kadr  axıcılığı ilə işdən azad olunanlar, 56 nəfəri hərbi xidmətdən tərxis olunanlar,  48 nəfəri  məcburi köçkün və qaçqınlar və 19 nəfəri isə cəzaçəkmə yerlərindən azad olunanlardır.
      Hesabat dövrü ərzində  Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 428 nəfəri münasib işlə təmin  edilmişdir ki, onlardan 143 nəfəri dövlət və bələdiyyə, 2851 nəfər xüsusi  mülkiyyət və fiziki şəxslərdə işə düzəlmişlər. İşlə təmin olunmuş  428 nəfərdən 46 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlardır ki, onlardan 42 nəfəri kvota üzrə işə düzəlmişlər.
Rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə kütləvi tədbirlər keçirilmiş, dövlətçilik tariximizin qanlı səhifələrinin yazıldığı 20 yanvar, Xocalı faciəsi və 31 mart Azərbaycanlıların soyqırımı kimi anım günləri keçirilmiş, öz tökülən qanları ilə tarix yazan qəhrəmanların əziz xətirəsi ehtiramla yad edilmişdir.
Novruz bayramı münasibətilə Mərdəkan Mədəniyyət sarayının qarşısında bayram şənliyi təşkil edilmiş, 600 nəfər iştirakçı üçün bayram süfrəsi açılmışdır.Parkda bayram konserti  və  tonqal  ətrafında şənlik təşkil olunmuş, atəşfəşanlıq keçirilmiş, xalqımızın qədim və zəngin adət ənənələri özündə əsk etdirən tamaşalar göstərilmiş, Heydər Əliyev Fondu tərəfindən şəhid, əlil və digər aztəminatlı ailələrə ərzaq  yardımı paylanılmışdır.
      Ulu ondər Heydər Əliyevin anadan olmasının 89-cı ildönümü ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Heydər Əliyev adına Parkda Gül bayramı təşkil olunmuş, rayonun  idarə, müəssisə,təkilatları, o cümlədən  məktəbləri, yaradıcılıq mərkəzləri, uşaq bagçaları və ayrı-ayrı yaradıcı şəxsləri müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir. Tədbirdə Mərdəkan mədəniyyət Sarayının kollektivi ictimaiyyət nümayəndələri qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişlər.
      2012-cu ildə Azərbaycan Respublikası  Prezidentinin Fərmanlarına əsasən 1994-cü  ildə doğulmuş və çağırış gün üçün 18 yaşı tamam  olmuş, habelə 1977-1993-cu illərdə doğulmuş, həqiqi hərbi xidmətə  çağırışdan  möhlət hüququ olmayan 811 nəfər gənc tibbi müayinədən keçərək hərbi xidmətə  yola salınmış, qarşıya qoyulmuş plan-tapşırıq vaxtında yerinə yetirilmişdir.
Xəzər  rayon hüquq-mühafizə  orqanları  cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və  hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində öz fəaliyyətlərini  Azərbaycan Republikasının qanunlarının tələbləri səviyyəsində  qurmuşdur.
Ötən dövrdə  rayon ərazisində 817  cinayət  hadisələrindən 759-nun üstü açılmışdır ki, bu da 92,7 faiz təşkil etmişdir.
     2013-cu il Prezident seçkiləri ilə  bağlı məntəqə seçki  komissiyalarının normal iş  şəraitində fəaliyyət göstərmələri üçün müvafiq tədbirlər həyata keçirilmiş,  məntəqələr üzrə seçici siyahıları dəqiqləşdirilmiş, seçkilərin azad, ədalətli və demokratik şəraitdə keçirilməsinə ciddi hazırlıq işləri görülmüşdür.
         Xəzər RİH Başçısı aparatında vətəndaşların müraciət, ərizə və şikayətləri, onların qəbul edilməsi və daxil olmuş sənədlərlə əlaqədar kargüzarlıq işləri «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının  qanunlarına , təlimat və digər hüquqi normativ aktların     tələblərinə müvafiq olaraq aparılmışdır.
        2012-cu il ərzində RİH Aparatına 2854 ərizə, şikayət və müraciət və 2185 xidməti sənəd daxil olmuşdur.Daxil olmuş 2854 ərizə və muraciətdən 1134 ərizə musbət həll edilmiş, 5 ərizə əsassız sayılmış, 17 ərizənin icrası Dövlət Proqramında nəzərdə tutulmuş, 4 ərizə qismən həll edilmiş, 1 ərizə aidiyyatı üzrə göndərilmiş, 1695 ərizəyə lazımi izahat və təkliflər verilmişdir.
Heasabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 89 nəfər vətəndaş olmuşdur.
Maddi köməklik edilməsi ilə  əlaqədar  10 nəfər aztəminatlı vətəndaşa    maddi yardım göstərilmişdir.
       2012-ci il ərzində RİH Başçısı tərəfindən qəsəbələrdə 24 səyyar qəbul keçirilmiş, 2500 nəfər iştirak etmiş və 109 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su və kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil edir. Səyyar qəbullarda səslənmiş  müraciətlərin mütləq əksəriyyəti müsbət həll edilmişdir.
     Hesabat dövrü ərzində İnformasiya-kommunikasiya texnologiyalarının dövlət hakimiyyətı orqanlarında geniş tətbiqi, müasir standartlara cavab verən, normativ hüquqi aktların tələblərini özündə əks etdirən internet saytlarının və elektron xidmətlərin yaradılmasının zəruriliyini nəzərə alaraq, rayon sakinlərinin müraciətlərinə baxılması ışındə informasiya kommunikasiya texnologiyalarından istifadənın səmərəsini artırmaq, İcra Hakimiyyəti Başcısının sakinlərələ daha sıx əlaqəsini təmin etmək məqsədilə Xəzər rayon İcra Hakimiyyətinin yeni internet saytı yaradılmışdır. Operativ İdarəetmənin həyahata keçirilməsi, on-layn sistemində video konfransların keçirilməsi məqsədilə İcra hakimiyyəti aparatında Operativ idarəetmə mərkəzi yaradılmış, qəsəbələrdə də bu istiqamətdə  işlər davam etdirilir.
      Ötən dövr ərzində Xəzər rayonun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində Xəzər rayonunun Polşanın Nadajin şəhəri ilə qardaşlaşması ilə baglı hər iki tərəfin tanışlıq xarakterli qarşılıqlı səfərləri olmuşdur. Səfər proqramları çərçivəsində ikitərəfli görüşlər keçirilmiş, əməkdaşlıgın istiqamətləri müzakirə edilmişdir.  Polşa- Azərbaycan əlaqələrinin 540 və bərpasının 20 illiyi ilə əlaqədar 30 oktyabr 2012-ci il tarixində Polşanın Nadajın şəhərində dostluq abidəsinin açılışı olmuş və əməkdaşlıga dair ikitərəfli Saziş imzalanmışdır.
Xəzər rayonu qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.  
      Konfransda  Prezident Administrasiyasının  məsul işçisi Tağı Tağıyev, millət vəkili Rauf Əliyev,  Yeni azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev, 26 saylı BŞX-nın Baş həkimi Telman Novruzov və  149  nömrəli Tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva  çıxış edərək görülən işlər lə bağlı Cənab Prezident İlham Əliyevə və millət vəkili, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər