Şriftin ölçüsü :

Saytın rəngi :

Qala qəsəbə sakinləri ilə növbəti səyyar qəbul - görüşü keçirildi.

14 noyabr 2018 | 16:00

    14 noyabr 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Qala qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi.
    Səyyar görüşdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, bu istiqamətdə görülən işlərdən söz açdı.  Daha sonra İcra Başçısı Qala qəsəbəsində aparılan abadılıq və quruculuq işləri barədə sakinlərə məlumat verdi.
    Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
   Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər