Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Şüvəlan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.

07 noyabr 2018 | 16:00

      Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun  7 noyabr 2018-ci il tarixində Şüvəlan Mədəniyyət Evində Şüvəlan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
     Səyyar görüşdə RİH başçısının müavinləri,  RİH başçısı aparatının şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etmişdilər.
     Tədbiri giriş sözü ilə RİH-nin başçısı Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışmış, yığıncaqda iştirak edən sakinlərin problemlərini dinləmişdir.
      Qəsəbə sakinlərinin müraciətləri dinlənildikdən sonra onlara müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
      Daha sonar sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişdilər.

Keçidlər