Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə sakinləri ilə növbəti səyyar qəbul - görüşü keçirildi

31 oktyabr 2018 | 16:00

   31 oktyabr 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Zirə qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi.
Səyyar görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
   Səyyar görüşdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı.  Daha sonra İcra Başçısı Zirə qəsəbəsində aparılan abadılıq və quruculuq işləri barədə sakinlərə məlumat verdi.
  Qəsəbə sakinləri qəsəbədə aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

 

Keçidlər