Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar qəbul - görüşü keçirildi
24 oktyabr 2018-ci il tarixində Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi.
Səyyar görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Səyyar görüşdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı. Daha sonra İcra Başçısı Buzovna qəsəbəsində aparılan abadılıq və quruculuq işləri barədə sakinlərə məlumat verdi.
Qəsəbə sakinləri qəsəbədə aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.