Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Xəzər Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclası keçirilmişdir.

18 oktyabr 2018 | 16:00

   18 oktyabr 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Xəzər Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclası keçirilmişdir.
      İclasda Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, RİH Başçısının müavinləri, Aparatın məsul işçiləri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdilər.
    İclası Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, Şuranın sədri Gülağa İslamov giriş sözü ilə açaraq, iclasın gündəliyini elan etmiş və giriş nitqi ilə çıxış etmişdir. G.İslamov çıxışında 2018-ci ilin  9 ay ərzində  ölkəmizdə iqtisadi  islahatların  daha da sürətlə aparılmasını, bu sahədə bir çox sərəncam və qanunların imzalanaraq qəbul edilməsini, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun 1 %, kənd  təsərrüfatının 4,3 %, sənaye  istehsalının 2 %, ümumi daxili məhsulun 0,8% xarici ticarət dövriyyəsinin 37 %, ixracın 38,5 % artmasını qeyd etmişdir. Görülən tədbirlər nəticəsində 2018-ci ilin 9 ayı ərzində 84 min yeni iş yerinin  açılmasını da vurğulamışdır.
    Eyni zamanda çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində bu gün bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafının sürətlə davam etdirildiyini vurğulayan Gülağa İslamov 2018-ci ilin 9 ayı ərzində Xəzər rayonun sosial və iqtisadi həyatında baş verən pozitiv dəyişikliklərin bütün sahələrdə yüksəlişlə müşaiyət olunduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.
     Gülağa İslamov  9 ay ərzində Xəzər rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etmək üçün sözü RİH Başçısının müavini Lalə Kərimovaya verdi.
       Sonra Hesabat məruzəsi ətrafında YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinin müdiri Elşən Qurbanov, Xəzər Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Nadir Şiriyev, “Türkan Aqro”nun Baş direktoru Tahir İskəndərov və Şura üzvü Təvəkkül Səlimov çıxış etdilər.
     Sonda Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov yekun nitqi söyləyərək rayonda aparılan abadlıq-quruculuq sahəsində də görülən işlərin qənaətbəxş olduğunu qeyd etmiş və sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, rayon üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsi istiqamətində öz tapşırıqlarını vermişdir.

Keçidlər