Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Mərədkan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul - görüşü keçirildi

10 oktyabr 2018 | 16:00

      10 oktyabr 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi.
Səyyar görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
  Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açıq elan edərək,  Azərbaycan   Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif dövlət proqramlarının uğurla icrası  nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı infrastruktur layihələrin həyata keçirildiyini vurğuladı.
Səyyar görüşdə sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini bildirdilər.  Görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində müəssisə və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.
      Qəsəbə sakinləri rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər