Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə sakinləri ilə növbəti səyyar qəbulu keçirildi
2018-ci il sentyabr ayının 28-də Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Şüvəlan qəsəbə sakinlər ilə növbəti səyyar qəbulu keçirildi.
Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və qəsəbə sakinləri iştirak etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov görüşü açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə səyyar qəbulların mütəmadi olaraq keçirildiyini bildirmiş, qəsəbə sakinlərin müraciətlərini dinləmişdir.
Səyyar qəbul-görüşdə iştirak edən sakinlər çıxış edərək son illər ərzində ölkədə, həmçinin yaşadıqları Şüvəlan qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verdi.