Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 2 fevral “Gənclər günü” münasibətilə tədbir keçirilmişdir.

02 fevral 2013 | 16:00

31 yanvar 2013-cü il tarixdə Xəzər rayonu Şüvəlan Mədəniyyət evində 2 fevral “Gənclər günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xəzər RİHB Gülağa İslamov, millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri iştirak etmişdir.
280 nəfərin iştirak etdiyi tədbiri rayon icra başçısı Gülağa İslamov giriş nitqi ilə açıq elan etmişdir. O, öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Millət vəkili Mehriban xanım Əliyevanın, Xəzər rayonunda ümumilikdə Respublikada Gənclərə göstərdiyi xüsusi qayğıdan söhbət açmış və 2 fevral-Gənclər günü münasibətilə Xəzər rayon Gənclərinin timsalında Azərbaycan Gənclərini təbrik etmişdir. Daha sonra Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov ,Millət vəkili Rauf Əliyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək gəncləri bayram günü münasibətilə təbrik etmiş və onlara öz tövsiyyələrini vermişlər.
Sonda Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov digər qonaqlarla birlikdə Xəzər rayonunda müxtəlif sahələr üzrə fərqlənən gənclərə mükafatlar təqdim etmişdir.
 

Keçidlər