Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda ərazi mülki müdafə qüvvələrinin təlim məşq toplantısı keçirildi

28 sentyabr 2018 | 16:00

   28 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Xəzər rayonunda “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda  təlim-məşqi keçirilib.Təlim-məşqinin keçirilməsində məqsəd rayon ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, məşqin təşkili və keçirilməsi, eləcə də onlara işçi sənədlərin hazırlanması üzrə bacarıq və vərdişlərin aşılanması olub. Təlimdə Xəzər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elşən Salahov, RİH Başçısı Aparatının şöbə müdiri Gülbala Qurbanov, FHN-nin Bakı Regional Mərkəzinin məsul nümayəndəsi kapitan Aydın Süleymanov, Xəzər rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin rəisi Vüsal Fətullayev və rayon ərazi qüvvələri iştirak ediblər. Keçirilən təlim-məşq toplantısı başa çatdıqdan sonra RİH Başçısının birinci müavini, , rayon Fövqəladə Hallar Komissiyasının sədri E.Salahovun başçılığı ilə Xəzər RİH-nin inzibati binasında müşavirə keçirilmişdir.

Keçidlər