Binə qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Binə qəsəbə sakinlər ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər. Görüşü rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə səyyar qəbulların mütəmadi olaraq keçirildiyini bildirmiş, qəsəbə sakinlərin müraciətlərini dinləmiş və müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir. Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmişdir. Daha sonara qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.