Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər RİH Başçısı yanında 2017-2018-ci tədris ilinin yekunlarına və yeni 2018-2019-cu tədris ilinə hazırlıqla əlaqədar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirildi.

07 sentyabr 2018 | 16:00

      7 sentyabr 2018-ci il tarixində Xəzər rayon İcra Hakimiyyəti Başçısı yanında 2017-2018-ci tədris ilinin yekunlarına və yeni 2018-2019-cu tədris ilinə hazırlıqla əlaqədar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirildi.
     Görüşdə RİH Başçısı, RİH Aparatının müavini və şöbə müdirləri, Millət vəkili Rauf Əliyev, orta məktəb, internat məktəbləri, gimnaziya və peşə məktəblərinin direktorları iştirak edirdi.
      İclası giriş sözü ilə RİH Başçısı cənab G.İslamov açdı. O, yeni dərs ili münasibəti ilə bütün təhsil işçilərini təbrik etdi. Sonra Xəzər rayonunun 326, 218, 123 və 323 nömrəli məktəblərinə yeni təyin olunmuş direktorları kollektivə təqdim etdi. Rayonun orta məktəblərində 2017-2018-ci tədris ilinin yekunları və 2018-2019-cu tədris ilinə hazırlıqla bağlı RİH Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov arayışla çıxış etdi və bütün məktəblərdə keçirilmiş monitorinqin nəticələri əyani olaraq fotolarla müşavirə iştirakçılarına təqdim edildi. Bəzi məktəblərdə çatışmazlıqlar haqqında RİH Başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.
       Sonra çıxış üçün söz 125 nömrəli məktəbin direktoru Zeynəb xanım Əliyevaya verildi. O, rayon təhsil müəssisələrinin keçən təhsil ilində qazanılmış uğurlardan danışdı. Təhsil İşçiləri Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov Təhsildəki problemlərdən danışdı və görülmüş işlərə görə rayon rəhbərliyinə təşəkkürünü bildirdi.
      Binə Peşə litseyinin müdir müavini Sənubər İbrahimova litseyin əsaslı təmirinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirərək, uşaqların dərslərə gecikməsinin qarşısını almaq üçün əlavə avtobusların xəttə buraxılmasına xahiş etdi.   
       Millət vəkili R.Əliyev məktəblərdə uşaq sıxlığı ilə bağlı yeni əlavə korpusların tikintisinin vacibliyini bildirərək, bu istiqamətdə iş aparıldığını bildirdi və bütün təhsil işçilərini yeni təhsil ilinin başlanması münasibətilə təbrik etdi.
       Xəzər RİH Başçısı müşavirə-görüşə yekun vuraraq lazımı tövsiyələrini verdi.

 

 

Keçidlər