Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Şağan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi.

15 avqust 2018 | 16:00

      15 avqust 2018-ci il tarixində təsdiq olunmuş qrafikə uyğun olaraq Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbə sakinləri ilə növbəti səyyar qəbulu keçirildi.
     Görüşdə RİH başçısının müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və qəsəbə sakinləri iştirak etdilər.
      Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açaraq Azərbaycan Respublikasının   Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı. Daha sonra RİH başçısı Xəzər rayonunda gedən, xüsusilə Şağan qəsəbəsində aparılan təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışdı.
     Səyyar görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda, xüsusilə Şağan qəsəbəsində geniş vüsət alan abadlıq-quruculuq işlərinə görə razılıqlarını ifadə edib, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər
    Sonda Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

 

 

 

Keçidlər