Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd olunub

22 iyun 2018 | 16:00

   22 iyun 2018-ci il tarixində Xəzər rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi.
     Tədbiri açıq elan edən edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildirdi ki, müstəqil Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində dövlət qulluqçularının böyük əməyi var. Onlar tapşırılan sahədə səylə çalışır, vətənə, dövlətə, cəmiyyətə layiqincə xidmət edirlər.
       Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun dövlət qulluqçularının səmərəli fəaliyyəti üçün geniş imkanlar açdığını vurğulayan G.İslamov Xəzər rayonunda çalışan dövlət qulluqçularının da sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində dövlət siyasətinin uğurla həyata keçirilməsində səylə çalışdıqlarını diqqətə çatdırdı.     Həmçinin bildirdi ki, ölkəmizdə dövlət qulluqçularının iş və maddi-məişət şəraitinin yaxşılaşmasına, təhsilinin artırılmasına və iş təcrübəsinin təkmilləşdirilməsinə müntəzəm olaraq qayğı göstərilir, çalışdıqları sahədə fərqlənən dövlət qulluqçularının əməyinin qiymətləndirilməsinə Azərbaycan Prezidenti tərəfindən daim diqqət yetirilir.
     Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu “Fəxri Fərman”la tətif olundu.

 

 

Keçidlər