Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Şüvəlan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul - görüşü keçirildi.

22 iyun 2018 | 16:00

       Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun 22 iyun 2018-ci il tarixində  Şüvəlan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
       Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açıq elan edərək,  Azərbaycan   Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif dövlət proqramlarının uğurla icrası  nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyətini yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, rayon ərazisində yerləşən magistral yol qovşaqlarının və qəsəbədaxili yolların asfaltlaşdırılması  sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrin həyata keçirildiyini vurğuladı.
      Səyyar görüşdə sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini bildirdilər.  Görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.
      Qəsəbə sakinləri rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər

Keçidlər