Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçı Gülağa İslamovun rəhbərlik etdiyi nemayəndə heyəti Polşa Respublikasında səfərdə olmuşdular.

14 iyun 2018 | 16:00

         7-13 iyun 2018-ci tarixlərində Xəzər Rayon İcra Hakimiyyətinin başçı Gülağa İslamovun rəhbərlik etdiyi nemayəndə heyəti Polşa Respublikasının Nadajın qminasına səfər etmişdilər.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Polşa Respublikasındakı səlahiyyətli səfiri Həsən Həsənovun iştirakı ilə Nadajın qminasında rəsmi görüş keçirilmişdi.  Görüşdə Xəzər RİH nümayəndələri, Nadajın qminasının rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Görüş çərçivəsində hər iki ölkənin regionları arasında əməkdaşlığın davam etdirilməsi və regionlar arasında şagird və müəllim mübadiləsinin həyata keçirilməsi müzakirə edilmişdir. Görüşdə eyni zamanda    Nadajındə yerləşən liseyin direktoru Leşek Skjıpçak Azərbaycan-Polşa əlaqələrinə dair geniş mühazirə ilə çıxış etmişdir.
        Sonda səfir H.Həsənov tərəfindən Nadajın qminasının voytu Dariuş Zvolinskiyə, qminanın katibi Edıta Qavronskayaya, qmina şurasının sədri Danuta Vaçlaviaka, Nadajındakı liseyin direktoru Leşek Skjıpçaka, həmin liseyin müəlliməsi Liliya Kovalçıka, habelə Xəzər RİH nümayəndə heyətinə Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov və Polşa Respublikasının Baş naziri İqnatsi Yan Paderevskiyə həsr edilmiş xatirə nişanı təqdim edilmişdir.
      Həmçinin, nümayəndə heyəti Nadajındə yerləşən liseyin balında, həmçinin bal çərçivəsində təşkil edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Polşa Respublikasının müstəqilliyinin bərpa etməsinin 100 illiyinə həsr edilmiş tədbirdə iştirak etmişlər. Həmin tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxış etmiş, habelə tədbir iştirakçılarına ölkəmiz haqqında səfirlik tərəfindən hazırlanmış açıqcalar paylanılmışdır.
    11.06.2018-ci il tarixində Xəzər RİH nümayəndə heyəti Nadajındəki liseyin ərazisində yerləşən   Azərbaycan - Polşa diplomatik əlaqələrinin yaranmasının 540 və bərpasının 20 illiyinə həsr edilmiş və     Azərbaycan və Polşa xalqlarının görkəmli nümayəndələri Ümummilli lider Heydər Əliyev və II İoann Pavelin şərəfinə ucaldılmış “Dostluq” abidəsini ziyarət edərək önünə əklil qoymuşlar. Həmin gün nümayəndə heyəti liseydə Azərbaycan Polşa münasibətlərinin 545 illiyinə həsr edilmiş sərginin açılışında iştirak etmişlər. Sərgidə iki ölkə arasında münasibətlərin inkişafına töhfə vermiş şəxslərin şərəfinə səfirlik tərəfindən qurulmuş abidələrin fotoları nümayiş etdirilir. Sərgi iki həftə davam edəcəkdir.
       Həmin gün liseydə “Əli və Nino” filminin nümayişi başlamışdır. Film Heydər Əliyev fondunun razılığı və səfirliyin sifarişi ilə polyak dilinə tərcümə edilmişdir. Həmçinin liseydə Polşanın müstəqilliyi uğrunda mübarizə aparmış Polşa Milli Ordusunun (AK) Azərbaycan əsilli polkovniki Vəli bəy Yadigara həsr edilmiş film də nümayiş etdirilmişdir.
      12 iyun 2018-ci il tarixində nümayəndə heyəti Varşava şəhərində Azərbaycan Milli ordusunun Baş Qərargah rəisi olmuş polyak əsilli general Maçey Sulkeviç (1865-1920) və Polşa Milli Ordusunun (AK) əslən azərbaycanlı polkovniki Vəli bəy Yadigarın (1897-1971) şərəfinə ucaldılmış abidəni ziyarət etmişlər.            Abidə üzərinə gül qoyulmuşdur.
13 iyun tarixində nümayəndə heyəti Azərbaycana geri dönmüşdür.

 

 

Keçidlər