Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunda iftar süfrəsi təşkil olunub.

13 iyun 2018 | 16:00

     13 iyun 2018-ci il tarixində hər il olduğu kimi, bu il də müqəddəs Ramazan ayı münasibətilə Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonu Şüvəlan qəsəbəsindəki “İmperial” şadlıq sarayında 250 nəfər üçün iftar süfrəsi təşkil olunub.
     Təşkil olunmuş iftar süfrəsində məclisi axund açaraq, bu ayın fəzilətlərindən, iftarın savablarından danışıb, dualar oxuyub. O, iftarın təşkilində əməyi keçən təşkilatın nümayəndələrinə, xüsusən Azərbaycan    Respublikasının Prezidenti cənab İlham Əliyevə və  Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycan     Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya iştirakçılar adından minnətdarlığını bildirib və onlara cansağlığı, bol ruzi-bərəkət arzulayıb.
     Mərasimdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov, müavin A.Balayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının şöbə müdirləri və əməkdaşları, həmçinin, rayonun qəsəbələr üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, din adamları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İftar məclisində Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib.

Keçidlər