Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirildi.

01 iyun 2018 | 16:00

     1 iyun 2018-ci il tarixində Xəzər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xezer rayon Gencler Evinde rayonumuzun genc ressami Nofəl Abasquluyevin  tələbəsi,  11 yaşlı rəssam Leyla Əlihumbətovanın resm sergisi kecirildi.
      Tədbirdə Xəzər RİH Başçısının müavini Arif Balayev, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, “VİP STİLE” Şirkətinin rəhbəri Samirə Məcidova, Rayon Gənclər və idman İdarəsinin rəisi Vüqar Əliyev,  Xəzər Gənclər Evinin direktoru Əligül Ağayev və məktəblilər iştirak etdilər.
      Tədbirdə Xəzər RİH Başçısının müavini Arif Balayev, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov və digər natiqlər çıxış edərək 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə uşaqları təbrik edərək vurğuladılar ki,  tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. Çıxışlardan sonra qonaqlar rəsm sərgisi ilə tanış oldular.
      Tədbirin sonunda gənc rəssamlara diplomlar və rəssam Leyla Əlihumbətovaya isə  “VİP STİLE” Şirkəti tərəfindən qiymətli hədiyyələr verildi.
       Tədbir uşaqlar üçün hazırlanmış konsert proqramı ilə davam etdi.

Keçidlər