Səyyar Asan Xidmət Xəzər rayonunun Mərdəkan qəsəbəsində fəaliyyətə başlamışdır.
30 may 2018-ci il tarixindən etibarən Mərdəkan qəsəbəsi, Mərdəkan Mədəniyyət Sarayının qarşısında fəaliyyət başlayan Səyyar Asan xidmət avtobusu iyun ayının 13-ə kimi qəsəbə sakinlərinə xidmət göstərəcəkdir.
Bu xidmətlərə Notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Sürücülük vəsiqələrinin dəyişdirilməsi, Əmək pensiyalarının təyin edilməsi, Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, bank xidməti, foto və tibb xidməti daxildir.
Rayon sakinləri bu xidmətlərdən yararlanmaqla öz razılıq hislərini qeyd edirlər və yaradılan bu şəraitə görə ölkə başçısı İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirirlər.