Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.

30 may 2018 | 16:00

     30 may 2018-ci  il tarixində Mərdəkan Mədəniyyət sarayında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamovun Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
     Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunun digər qəsəbələri ilə yanaşı Mərdəkan qəsəbəsində də abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparıldığını vurğuladı. Gülağa İslamov qısa müddət ərzində Mərdəkan qəsəbəsinin mərkəzi küçəsi olan S.Yesenin küçəsində abadlıq işlərinin aparılmasını, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkilərinin sökülərək yenisi ilə əvəz olunmasını, mərkəzi yola yeni asfaltın salınmasını, mərkəzi küçənin kənarında ümumi  sahəsi 3550 kv m olan istirahət parkının salınmasını, cənab Prezidentin  Sərəncamına əsaəsn qəsəbənin əksər küçələrinə içməli suyun çəkilməsini, hal-hazırda da qəsəbənin mərkəzi küçəsində yol kənarı hasarlara müasir üzlük daşların vurulduğunu, magistral yolun ətrafında yeni yaşıllıqların salındığını qeyd etdi.
      Qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
     Sonda Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov  sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə yerindəcə tapşırıqlar verdi.

Keçidlər