Xəzər rayonunda Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
25 may 2018-ci il tarixində Xəzər rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə rayon tədbiri keçirildi.
Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısı Aparatının kollektivi, rayon ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Xəzər rayon 149 saylı tam orta məktəbinin direktoru Rəhilə Baxşıyeva açaraq müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda keçilən çətin və şərəfli yoldan danışdı. Bildirdi ki, Azərbaycan tarixinin parlaq səhifələrindən olan Xalq Cümhuriyyəti qısa müddət yaşamasına baxmayaraq, böyük uğurlara imza atıb. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan olunub, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib.
Natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cümhuriyyətin 100 illik yubileyi haqqında sərəncamına əsasən ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirilir.
Bu məqsədlə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən də silsilə tədbirlər təşkil olunur. R.Baxşıyeva çıxışını bitirdikdən sonra qonaqları ilk olaraq Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filmini izləməyə dəvət etdi.
Tətbir iştirakçıları tərəfindən film izlənildikdən sonra tədbir, tanınmış sənət adamlarının iştirakı ilə konsert proqramı ilə davam etdi.