Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyalarının növbəti iclası keçirilmişdir
24 may 2018-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında Xəzər rayon İcra Hakimiyyəti Başçısıının müavini Arif Balayevin sədirliyi ilə İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyalarının növbəti iclası keçirilmişdir.
İclasda Komissiya üzvləri ilə yanaşı hüquqşünas “VEFA” İB-nin sədri Fatimə Hacıbəyli, Fidan Allahverdiyeva, Samirə Məcidova, Rəqsanə Əliyeva qonaq qismində iştirak etmiş, komissiyanın işinə öz töhfələrini vermişlər.
Komissiyaların iclasında rayon məhkəməsindən daxil olan mülkü işlər və eyni zamanda rayon sakinlərinin müraciətləri araşdırılmış və komissiya tərəfindən müvafiq qərar və rəylər verilmişdir.
Komissiyada ümumilikdə 14 məsələyə baxılmışdır.