Şriftin ölçüsü :

Saytın rəngi :

Buzovna qəsəbəsində fəaliyyət göstərən Səyyar Asan xidmət avtobusu artıq 10 gündir ki, qəsəbə sakinlərinə xidmət göstərir.

21 may 2018 | 16:00

    11 may 2018-ci il tarixindən Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «Səyyar ASAN» Xidmət avtobusu Buzovna qəsəbəsində vətəndaşlara səyyar xidmət göstərilməsinə başlamışdır.
     Buzovna qəsəbəsində fəaliyyət göstərən Səyyar Asan xidmət avtobusu artıq 10 gündir ki, qəsəbə sakinlərinə xidmət göstərir.
   Bu xidmətlərə Notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Sürücülük vəsiqələrinin dəyişdirilməsi, Əmək pensiyalarının təyin edilməsi, Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, bank xidməti, foto və tibb xidməti daxildir.
      Rayon sakinləri bu xidmətlərdən yararlanmaqla öz razılıq hislərini qeyd edirlər və yaradılan bu şəraitə görə ölkə başçısı İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirirlər.
Səyyar Asan xidmət avtobusu may ayının 25-dək qəsəbə sakinlərinə xidmət göstərəcəkdir.

 

Keçidlər