Xəzər Rayon İcra Hakimiyyətinin başçısının Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
16 may 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı. Daha sonra RİH başçısı Xəzər rayonunda gedən, xüsusilə Buzovna qəsəbəsində aparılan təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışdı.
Səyyar görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda, xüsusilə Buzovna qəsəbəsində geniş vüsət alan abadlıq-quruculuq işlərinə görə razılıqlarını ifadə edib, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Həmçinin sakinlər, qəsəbədə qaz, içməli su, kanalizasiya, qəsəbə daxili yolların asfaltlanması və bəzi mövcud problemlərdən söz açdılar.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.