Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihəsi olan «700 min ağac əkək» kampaniyasına yekun vurulub.

12 may 2018 | 16:00

         12 may 2018-ci il tarixində Yeni Azərbaycan Partiyasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihəsi olan «700 min ağac əkək» kampaniyasına yekun vurulub.
Xəzər rayonun Türkan qəsəbəsi ərazisində  keçirilən «700 min ağac əkək» kampaniyasında YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, partiyanın fəalları, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
     Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılmış, yeni əkilən ağaclar suvarılmış və onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Əkilən ağacların inkişafı üçün  onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülmüşdür.

 

 

Keçidlər