Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 - ci ildönümü münasibətilə Mərdəkan qəsəbəsində yeni istirahət parkının açılışı olmuşdur.
10 may 2018-ci il tarixində Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində yeni istirahət parkının açılışı olmuşdur.
Açılış mərasimində Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, İdarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İlk növbədə qonaqlar qəsəbənin mərkəzi küçəsinin kənarında yeni salınan İstirahət parkının əvvəlki vəziyyəti və mövcud vəziyyətini əks etdirən Foto stendlə tanış oldular.
Tətbirdə rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov sakinlər qarşısında çıxış edərək yeni istirahət parkının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək, müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibətilə bu gün istifadəyə verilən yeni parkda insanların istirahətini təmin etmək üçün bütün zəruri işlərin görüldüyünü, Xəzər rayonunda ölkə prezidenti cənab İlham Əliyevin qayğısı və təşəbbüsü ilə bu cür möhtəşəm abadlıq - quruculuq işlərinin kifayət qədər görüldüyünü və bu işlərin bundan sonrada davam etdiriləcəyini, rayon sakinlərinin rahat, sərbəst şəkildə istirahət edə bilmələri üçün lazimi şəraitin yaradılacağını vurğuladı.
Açılış mərasimində qəsəbə sakinləri, xüsusilə də ağsaqqallar və ziyalılar çıxış edərək son illər rayonun bütün sahələrində olduğu kimi, abadlıq-quruculuq işlərinin ardıcıl şəkildə davam etdirilməsi istiqamətində görülən işlərə görə, ölkə başçısı cənab İlham Əliyevə və Millət Vəkili Mehriban Xanım Əliyevaya rayona göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.