Şriftin ölçüsü :

Saytın rəngi :

9 May - faşizm üzərində Qələbə Günü Xəzər rayonunda qeyd olundu.

09 may 2018 | 16:00

       9 may 2018-ci il tarixində Xəzər rayonunda “9 May-Qələbə Günü” münasibətilə anım mərasimi keçirilmişdir. Tədbir Xəzər rayonunun Şüvəlan qəsəbəsində salınan 1941-1945 böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə salınmış parkda keçirildi.  Mərasimdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısının I müavini və müavinləri, YAP Xəzər rayon təşkilatının sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət     Xidmətinin Xəzər rayon İdarəsinin əməkdaşları, Böyük Vətən müharibəsinin iştirakçıları, arxa cəbhə veteranları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak etmişdi.
      Tədbirdə  Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra bir dəqiqəlik sükütla 1941-1945-ci illər müharibəsində həlak olmuş igid oğul və qızlarımızın əziz xatirəsi yad edildikdən sonar iştirakçılar tərəfindən 2-ci Dünya müharibəsində həlak olan  Müharibə iştirakçılarının xatirəsinə həsr olunmuş abidə önünə güllər qoyuldu.
     Tədbirdə çıxış  edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Şəhid Ailələri və Qarabağ Əlilləri İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri Səfa Əliyev, Müharibə Veteranları Şurasının sədri       Nüsrət İbrahimov, Rus İcmasının Xəzər rayon şöbəsinin sədri Lyubov Petrovna Kara Teçka və digər natiqlər çıxış edərək əlamətdar bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Həmçinin tədbirdə iştirak orta məktəbin şagirdlərinin ifasında şeirlər səslənib.
Sonda tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə Xəzər rayon İcra Hakimiyyətinin Başçısı Aparatı adından əklil qoyub, gül dəstələri düzüblər.

Keçidlər