Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 - ci ildönümü münasibətilə Futbol üzrə Xəzər rayon turniri keçirilmişdir.
Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı ,Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 aprel - 07 may 2018 – ci il tarixlərində “ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 - ci ildönümünü rayonda yüksək səviyyədə qeyd etmək, gənclərin asudə vaxtının səmərəli təşkili , idman və sağlam həyat tərzini təbliğ etmək, ən güclü futbolçuları aşkar etmək, bu idman növünü rayonda inkişaf etdirmək məqsədilə Futbol üzrə Xəzər rayon turniri keçirilmişdir.
Yarışlar 28 aprel - 07 may 2018 – ci il tarixlərində Şağan Olimpiya İdman Kompleksinin , AFFA Futbol Mərkəzinin “Dalğa Arena “ və “ Azal Arena “ stadionlarında keçirilmişdir. Ümumilikdə rayon turnirində 8 komanda tərkibində 144 nəfər futbolçu iştirak etmişdir.
07.05.2018-cı il tarixdə finala çıxmış kamandalar arasında növbəti oyun keçirildi. Sona qalan Şüvəlan və Buzovna komandaları arasında keçirilən oyunda Şüvəlan komandası qalib gələrək kuboka sahib çıxmışdır.
“Azal Arena” Stadionunda keçirilən final oyununu izləmək üçün Xəzər rayon İcra Hakimiyyətinin Başçısı cənab Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov Xəzər rayon Hüquq mühafizə orqanlarının rəhbərləri, iştirak etmişdilər.
Sonda I,II və III yerləri tutmuş komandalar Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı tərəfindən kubok, diplomlar və hədiyyələrlə mükafatlandırılmışdırlar.