Xəzər rayonunda “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı üzrə fəaliyyət” mövzusunda təlim-məşqi keçirilmişdir.
25 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xəzər rayonunda “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı üzrə fəaliyyət” mövzusunda Qala Texnoloji Nəqliyyat İdarəsində təlimi-məşqi keçirilmişdir.
Təlim zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq sxeminə müvafiq olaraq fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyələri yoxlanılmışdır.
Təlimdə Xəzər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Vaqif Həsənov, FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Bağırov iştirak etmişdir.
Qala Texnoloji Nəqliyyat İdarəsində keçirilən təlim-məşq toplantısı başa çatdıqdan sonra RİH Başçısının müavini, rayon FHK-nın sədri V.Həsənovun başçılığı ilə Xəzər RİH-nin inzibati binasında müşavirə keçirilmişdir.